“Formula 2”nin qalibləri mükafatlandırıldı - FOTOLAR

“Formula 2”nin qalibləri mükafatlandırıldı -   FOTOLAR
  27 Aprel 2019    Oxunub:3307
Aprelin 27-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda keçirilən Formula 2 üzrə birinci yarışın qaliblərinin mükafatlandırma mərasimi olub.
Azvision.az xəbər verir ki, yarışda “Campos Racing” komandasının pilotu Cek Aitken birinci, “ART Grand Prix”dən Nik de Vries ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Mükafatları qaliblərə Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid təqdim ediblər.

Qeyd edək ki, aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.







Elvin Abdulqədirov
Azvision.az


Teqlər: F1   F2   Formula2   AzerbaijanGP  





Xəbər lenti