İtkin düşən məktəbli qız tapıldı - FOTO

İtkin düşən məktəbli qız tapıldı -  FOTO
  27 Aprel 2019    Oxunub:12444
Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində itkin düşmüş məktəbli Aydan Əliyeva tapılaraq ailəsinə təhvil verilib.
Bu barədə Azvision.az -a Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan məlumat verilib.

Xatırladaq ki, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət daxil olub.

Müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılıb.



Azvision.az



Teqlər: Qız   Məktəbli  





Xəbər lenti