Sinaqoqda atışma olub: Ölən və yaralılar var

   Sinaqoqda atışma olub:    Ölən və yaralılar var
  28 Aprel 2019    Oxunub:1934
ABŞ-ın San-Diyeqo şəhərində (Kaliforniya ştatı) silahlı şəxs sinaqoqda insanlara atəş açıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Prezident Donald Tramp həlak olan şəxsin ailəsinə başsağlığı verib.

Cinayətin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.

Azvision.az



Teqlər: ABŞ   İnsident   Sinaqoq  





Xəbər lenti