Bakıda məktəbli qız itkin düşüb

   Bakıda məktəbli qız itkin düşüb
  28 Aprel 2019    Oxunub:3862
Bakıda 17 yaşlı məktəbli qız itkin düşüb.
Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 3, mənzil 18-də yaşayan, 2002-ci il təvəllüdlü Məmmədova Məryəm Şükür qızı aprelin 23-də 4 saylı musiqi məktəbindən, həmin məktəbdə işləyən anası Əsməgül Məmmədovanın yanından çıxaraq itkin düşüb.

M.Məmmədova Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 169 saylı orta məktəbin 11-ci sinif şagirdidir. Faktla bağlı araşdırmalara başlanılıb. (Trend)

Azvision.az



Teqlər: Qız   Məktəb   İtkin  





Xəbər lenti