"Yarış çox gərgin keçdi" - Bottas

   "Yarış çox gərgin keçdi" -    Bottas
  28 Aprel 2019    Oxunub:2511
Liderlər qrupunda çox hadisələr baş verməməsinə baxmayaraq, yarış çox gərgin mübarizə şəraitində keçdi.
Azvision.az xəbər verir ki, bunu Formula 1 üzrə 2019 SOCAR Azərbaycan Qran Prisinin qalibi Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas yarışdan sonra keçirilən mətbuat konfransında deyib.

V.Bottas bildirib ki, yarış boyu səhvə yol verməməyə çalışıb: “Özümə səhv etməyə imkan verə biməzdim, hər şeyi nəzarət altında saxlayırdım”.

Bakıda qazandığı qələbənin onun üçün çox əhəmiyyətli olduğunu deyən Bottas deyib: “Birinci yeri tutduğum üçün çox xoşbəxtəm. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox bəxtəvərəm”.

İkinci yerin qalibi Lyuis Hemilton komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Baxmayaraq ki, mübarizə gərgin keçdi heç bir səhv olmadı. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu komandada təmsil olunduğum üçün çox şadam”.

Üçüncü yerin qalibi, “Ferrari” komandasının üzvü Sebastian Fettel də mübarizənin olduqca gərgin keçdiyini diqqətə çatdırıb. S.Fettel qaliblər kürsüsündə olmağından şad olduğunu bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Formula1   Bottas   F1  





Xəbər lenti