Futbolçular qəzaya düşdülər - Yaralılar var

  29 Aprel 2019    Oxunub : 1205
Futbolçular qəzaya düşdülər - Yaralılar var
Türkiyənin Kayseri şəhərində keçirilən futbol oyunundan qayıdan "Alanyaspor" klubunun üzvləri qəzaya düşüblər.

Azvision.az xəbər verir ki, futbolçuları aparan mikroavtobus aşıb. Qəza zamanı biri ağır olmaqla beş futbolçu yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Türkiyə   Qəza