3 uşaq anası intihardan əvvəl məktub yazıbmış

  3 uşaq anası intihardan əvvəl məktub yazıbmış
  29 Aprel 2019    Oxunub:2933
Xəbər verdiymiz kimi, ötən həftə Salyan rayonunun Seyidsadıqlı kəndinin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayına ataraq intihar edib. 3 uşaq anası olan A.Dadaşovanın hansı səbəbdən intihar etdiyi bilinmir.
Salyanın Marışlı kəndinin bələdiyyə sədri Alıhüseyn Hüseynov Azvision.az -a bildirib ki, məktəbdə laborant işləyən qadının intiharı ailəsi üçün də müəmmalı qalıb.

“Ayselin ailəsini yaxından tanıyıram. O, Seyidsadıqlı kənd orta məktəbində işləyirdi. 3 uşağı anasız qaldı. Maddi problemləri olmayıb. Çox mədəni, problemsiz ailəsi olub. Onun intiharına hansısa don geyindirmək mümkün deyil. Heç nədən narahatlığı, çətinliyi olmayıb ki, deyəsən səbəb budur".

Bələdiyyə sədrinin sözlərinə görə, A.Dadoşova intihar etməzdən əvvəl məktub yazıb: "O, məktubunda intihar səbəbini yazmayıb. Heç kimi də günahlandırmayıb. Həyat yoldaşı Bağır Dadaşov hadisə baş verən zaman evdə olmayıb. Ayselin son günlər hansısa narahatlığının olmadığını deyir. Ayselin ölümü hamıya müəmmalı qalıb. Hətta həyat yoldaşı da bilmir. Hamımız təəccüb içindəyik”.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Salyan   İntihar  





Xəbər lenti