Göygöldə dəhşətli qəza: 8 nəfər ölüb

 Göygöldə dəhşətli qəza:   8 nəfər ölüb
  29 Aprel 2019    Oxunub:5068
Göygöldə ağır yol nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəsmisi Səfayə Əhmədova Azvision.az -a açıqlamasında bildirib ki, qəzada 8 nəfər dünyasını dəyişib. Ölənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.
"Hazırda 1 nəfər qadın Gəncə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağırdır".

Qeyd edək ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qəza   Göygöl  





Xəbər lenti