Qəzada ölən 8 nəfərin kimliyi məlum oldu - ADLAR

Qəzada ölən 8 nəfərin kimliyi məlum oldu -  ADLAR
  29 Aprel 2019    Oxunub:3266
Göygöldə baş verən dəhşətli qəzada ölən və yaralanan şəxslərin kimliyi məlum olub.
Azvision.az -ın məlumatına görə, hadisə nəticəsində 1995-ci il təvəllüdlü Həsənov Eldəniz Gəray oğlu, onun 1 yaşlı qızı Həsənova Rübabə Eldəniz qızı, 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəllüdlü Orucova Nahidə Qəzənfər qızı, 1986-cı il təvəllüdlü Camalov Aslan Əbülfət oğlu, onun 3 yaşlı oğlu Camalov Hüseyn Aslan oğlu, 1949-cu il təvəllüdlü Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı həlak olub. Onların hamısı Daşkəsən rayon sakinləridir.

Qəza zamanı xəsarət alan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Həsənova Ruhiyyə Ramiz qızı hazırda Gəncə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə bu gün Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Azvision.az



Teqlər: Göygöl   Qəza  





Xəbər lenti