Azərbaycanın hərbi məhsulları İstanbulda nümayiş etdirilir

 Azərbaycanın hərbi məhsulları İstanbulda nümayiş etdirilir
  30 Aprel 2019    Oxunub:2193
Bu gün Türkiyənin İstanbul şəhərində “IDEF-2019” Beynəlxalq Müdafiə Sərgisi işə başlayıb.

Azvision.az xəbər verir ki, sərgi mayın 3-dək davam edəcək.
“IDEF-2019” XIV beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdədir.

“IDEF-2019” beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayiş olunur. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulub.

Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov da İstanbulda keçirilən sərgidə iştirak etmək üçün Türkiyəyə səfərə yollanıb.

Azvision.az


Teqlər: Sərgi   Türkiyə  





Xəbər lenti