“Problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb” - Nazir müavini

 “Problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb” -    Nazir müavini
  30 Aprel 2019    Oxunub:4620
"Məhkəmələrdə problemli kreditlərlə bağlı işlərin icraatı dayandırılıb".

Azvision.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov deyib. Nazir müavini qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin problemli kreditlərin həlli barədə imzaladığı fərmandan irəli gələn tapşırıqlar icra olunur:
"Hazırda məhkəmələrdə problemli kreditlərlə bağlı heç bir hərəkət aparılmır".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli fərman imzalayıb.

Azvision.az




Teqlər: Azər-Cəfərov   Kredit   Məhkəmə  





Xəbər lenti