Ölkəyə gələn 610 min turist 271 milyon xərcləyib

  30 Aprel 2019    Oxunub : 1037
 Ölkəyə gələn 610 min turist 271 milyon xərcləyib
2019-cu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Azvision.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin aprel ayı üzrə buraxılışında bildirilib.
Cari ilin birinci rübündə ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 271,6 milyon manat olub. Belə ki, təkcə mart ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatlar 98 milyon manat təşkil edib.

Azvision.az

Teqlər: Turist   Bank