"Ayaks" "Tottenhem"i məğlub etdi - VİDEO

  01 May 2019    Oxunub : 1028
"Ayaks" "Tottenhem"i məğlub etdi - VİDEO
Bu gecə Çempionlar Liqasında ilk yarımfinal görüşü keçirilib.
Azvision.az xəbər verir ki, İngiltərənin "Tottenhem" klubu evdə Hollandiyanın “Ayaks” komandasını qəbul edib. Görüş "Ayaks"ın 1:0 qələbəsi ilə başa çatıb. Hollandiya təmsilçisi mayın 8-də Amsterdamda keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə qazanıb.

Qeyd edək ki, mərhələnin digər oyununda bu gün "Barselona" "Liverpul"u qəbul edəcək.



Azvision.az

Teqlər: Ayaks   Tottenhem   ÇL