Türkiyədə avtobus qəzası: 5 ölü, 13 yaralı

Türkiyədə avtobus qəzası:    5 ölü, 13 yaralı
  01 May 2019    Oxunub:1896
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan bölgəsində avtobus aşıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəzanın səbəbləri barədə məlumat verilməyib.

Azvision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti