Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşdü

 Azərbaycan və Türkiyə Müdafiə nazirləri görüşdü
  01 May 2019    Oxunub:2722
İstanbulda səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 1-də Türkiyəli həmkarı Hulusi Akar ilə görüşüb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: Nazir   Görüş   Türkiyə  





Xəbər lenti