Bakı sakinləri ərzağa 2,2 milyard manat xərcləyib

  Bakı sakinləri ərzağa 2,2 milyard manat xərcləyib
  01 May 2019    Oxunub:2133
2019-cu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3,0 faiz artaraq 4924,5 milyon manat olub.
Azvision.az -ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 2241,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,9 faiz artaraq 2682,9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 25,8 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 25,5 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Azvision.az



Teqlər: Statistika   Ərzaq  





Xəbər lenti