Hərbi Hava Qüvvələrinin aviabazasında təlim keçirilib - VİDEO

   Hərbi Hava Qüvvələrinin aviabazasında təlim keçirilib -    VİDEO
  01 May 2019    Oxunub:1762
2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazalarından birində komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, təlim zamanı aviasiya vasitələri hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı fəaliyyətdə qoşun qruplaşmalarının hava zərbələrindən müdafiəsi, şərti düşmənin hava hədəfləri, komanda məntəqələri, zirehli texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə taktiki epizodları icra ediblər.







Azvision.az



Teqlər: HHQ   Təlim  





Xəbər lenti