Məxfi məlumat yayan nazir işdən çıxarıldı

  Məxfi məlumat yayan nazir işdən çıxarıldı
  02 May 2019    Oxunub:2162
Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson vəzifəsindən azad edilib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nazir Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan məxfi məlumatın sızmasında ittiham olunur. O, bu səbəbdən vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə, Böyük Britaniyanın Baş Naziri Tereza Mey müdafiə naziri vəzifəsinə Penni Mordontu təyin edib.

Azvision.az



Teqlər: Britaniya   Nazir   İstefa  





Xəbər lenti