Vilayət Eyvazov sabah hesabat verəcək

 Vilayət Eyvazov sabah hesabat verəcək
  02 May 2019    Oxunub:1560
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, iclasda insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun 2018-ci ilə dair illik hesabatı müzakirəyə çıxarılacaq.

Hesabatı daxili işlər nazirinin birinci müavini, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Vilayət Eyvazov təqdim edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Hesabat   MM  





Xəbər lenti