“Beynəlxalq birlik Qarabağ məsələsində ədalətsiz mövqe tutur” - ISESCO

  02 May 2019    Oxunub : 1185
 “Beynəlxalq birlik Qarabağ məsələsində ədalətsiz mövqe tutur” - ISESCO
Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın ən nüfuzlu tədbirlərindən biridir.
Azvision.az -ın məlumatına görə, bunu forumda çıxışı zamanı ISESCO-nun Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri deyib. O, indiki dövrdə dünya liderlərinin siyasi iradə göstərməsinin vacibliyini diqqətə çatdırıb, bu baxımdan Prezident İlham Əliyevin nümunəvi mövqe nümayiş etdirdiyini xüsusi vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin ədalətsiz mövqe tutduğunu, bunun yolverilməz olduğunu deyən Əbdüləziz Osman əl-Tuveycri dünyanı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dəstək verməyə çağırıb və Forumun işinə uğurlar arzulayıb.

Azvision.az

Teqlər: Dağlıq-Qarabağ   ISESCO