NATO gəmiləri Baltik dənizinə girdi - VİDEO

  02 May 2019    Oxunub : 901
 NATO gəmiləri Baltik dənizinə girdi - VİDEO
NATO gəmiləri “Tetis” rəhbərliyi altında Baltik dənizinə daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə "Intel Ska & Air" monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, gəmilər çərşənbə axşamı Öresund boğazından keçib, hazırda Danimarkanın Bornholm adasındadır. Gəmilərin hərəkəti anbaan rus hərbçiləri tərəfindən müşahidə olunur.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nu gərginliyi azaltmaq üçün öz sərhədlərində hərbi fəaliyyəti dayandırmağa çağırıb.



Bəxtiyar Məmmədov
Azvision.az

Teqlər: NATO   Gəmiləri