Maşın iki piyadanı vurdu, biri öldü

  02 May 2019    Oxunub : 701
 Maşın iki piyadanı vurdu, biri öldü
Mayın 1-də saat 21 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Dadanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Neftçala rayon sakini Nahid Əliyevi və Laçın rayon sakini Elşən Cəfərzadəni vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, E.Cəfərzadə xəstəxanaya yerləşdirilib. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza