“Qırmızı Körpü”də hərəkət dayandı - Sistemdə nasazlıq var

   “Qırmızı Körpü”də hərəkət dayandı -    Sistemdə nasazlıq var
  03 May 2019    Oxunub:2731
Bu gün saat 19:35 -dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranıb.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olub.

Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları qarşı tərəflə danışıqlar aparıb və hazırda sistemdə baş verən nasazlığın aradan qaldırılması üçün tədbirlər görüldüyü, problemin tezliklə həllini tapacağı bildirilib.

Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti