Azərbaycanlı tələbələrin səfirlikdə nikah mərasimi oldu - FOTOLAR

  02 May 2019    Oxunub : 1175
Azərbaycanlı tələbələrin səfirlikdə nikah mərasimi oldu - FOTOLAR
Azərbaycanın Macarıstandakı səfirliyində tələbə cütlüyün nikah mərasimi keçirilib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Budapeşt Biznes Universitetinin tələbələri - Rüstəm Aslanlı və Xavər Ələkbərliyə səfirliyin böyük zalında müxtəlif millətlərdən olan çoxsaylı tələbə dostlarının iştirakı ilə nikah şəhadətnaməsi təqdim edilib.

Səfir Vilayət Quliyev gənc cütlüyü təbrik edib və onlara səadət və xoşbəxtlik arzulayıb. O, ailə duyğusunun onlarda məsuliyyət hissini artıracağına da ümidvar olduğunu, təhsili uğurla başa vurub ölkəmizə bacarıqlı mütəxəssislər kimi qayıdacaqlarına inandığını bildirib.

Səfirliyin hər bir azərbaycanlının evi olduğunu vurğulayan səfir gənclərin istər təhsil, istərsə də şəxsi həyatlarındakı bütün uğurlara sevindiyini və diplomatik missiyamızın daim hər bir vətəndaşımızın yanında olduğunu xüsusi diqqətə çatdırıb.

Qeyd edək ki, Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı 600 nəfərə yaxındır.





Azvision.az

Teqlər: Səfirlik   Nikah