Azərbaycanın 8 zabiti NATO qərargahlarında xidmət edir

  Azərbaycanın 8 zabiti NATO qərargahlarında xidmət edir
  03 May 2019    Oxunub:1887
2002-ci ildən bu günədək Azərbaycan Ordusunun ümumilikdə 24 zabiti bu proqram çərçivəsində NATO-nun müxtəlif struktur və qərargahlarında xidmət edib. Hazırda da NATO qərargahlarında 8 zabitimiz xidmət edir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.Onun sözlərinə görə, bu müddət ərzində beynəlxalq mühitdə əldə olunmuş təcrübə zabitlərimizin ölkəyə qayıtdıqdan sonra milli vəzifələrdəki xidmətlərinə müsbət təsirini göstərir:

"Çoxmillətli strukturlarda əldə edilmiş bilik və bacarıqlar milli təcrübəyə inteqrasiya olunaraq Ordumuzun döyüş qabiliyyətinin daha da inkişaf etdirilməsinə töhfəsini verir. Bizim NATO ilə substantiv əməkdaşlığımız Alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir.

On ildən artıqdır ki, Azərbaycan NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi” proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir".

Azvision.az


Teqlər: NATO   Azərbaycan  





Xəbər lenti