Məmmədyarov: “Sülhdən yaxşı heç nə yoxdur”

  03 May 2019    Oxunub : 1182
 Məmmədyarov: “Sülhdən yaxşı heç nə yoxdur”
"Sülhdən yaxşı heç nə yoxdur. Ermənilərlə danışıqlarda iştirak edən tərəf kimi rahat şəkildə deyə bilirik ki, münaqişələr 30 ilə yaxın hökm sürür"
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov
V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, münaqişə müsbət və davamlı inkişafı təmin edə bilməz: "Ermənistanda bu gün böyük miqrasiya dalğaları var. Ölkədə hökm sürən yoxsulluq, insanların ölkənin gələcəyinə inanmaması onların Ermənistanı tərk etməsinə gətirib çıxarır".

Daha sonra Məmmədyarov təyyardə olarkən erməni jurnalistlə söhbətinə diqqət çəkib: "Təyyarədə olarkən erməni mətbuatı ilə fikir mübadiləsi apardım. Onlara sual verdikdə dedilər ki, diaspor bizə kömək edir. Ancaq onların diasporu belə ölkənin gələcəyinə inanmır. Əsas ismarıc açıq şəkildə çatdırılmalıdır. Nə qədər güclü mövqe nümayiş etdirsək, ismarıclarımız da güclü olacaq".

Aytən Zəhra
Azvision.az

Teqlər: XİN   Məmmədyarov