“Facebook” tamamilə dəyişir: Yeni funksiyalar - (FOTOLAR)

 “Facebook” tamamilə dəyişir:  Yeni funksiyalar - (FOTOLAR)
  03 May 2019    Oxunub:8304
“Facebook” sosial şəbəkəsinin yeni dizaynı təqdim edilib. Dizayn dəyişikliyi həm yeni desktop versiyasını, həm də mobil tətbiqi əhatə edir.

Azvision.az xəbər verir ki, tətbiqin yeni versiyası yaxın vaxtlarda Android və iOS üçün hazırlanacaq.
Bundan əlavə, "Facebook"un ənənəvi loqosu dəyişilir. Yeni loqo mavi rəngli dairənin içində yer alacaq. Naviqasiya üçün nəzərdə tutulmuş ikonlar isə yuxarı hissəyə keçiriləcək.



"Facebook"un rəhbəri Mark Zukerberqin sözlərinə görə, sosial şəbəkənin təzə dizaynında qruplar üzrə yeni funksiyalar tətbiq olunacaq. Məsələn, iş elanlarına görə nəzərdə tutulmuş qruplarda vakansiyalar üzrə elanlar üçün şablonlar, oyun qruplarında isə ayrıca çatlar olacaq. İstifadəçilər, həmçinin yazılarını öz səhifələrindən birbaşa qruplara yerləşdirə biləcəklər.

Bundan başqa, sürətli dost axtarışı sisteminində əlavələr planlaşdırılır. Həmçinin “Meet New Friends” funksiya da yenilənəcək. Yeni funksiya sayəsində istifadəçilər məktəb, iş yeri və yaşadıqları şəhərdəki tanışlarını rahatlıqla tapa biləcəklər.

Daha bir yenilik hadisələr bölməsində tətbiq ediləcək. İstifadəçilər bunun sayəsində ətraflarında nələrin baş verdiklərindən xəbərdar olacaqlar.



Dəyişiklik "Messenger"dən də yan keçməyəcək. Belə ki, "Messenger"in daha sürətli və yüngül versiyası hazırlanır və yaxın günlərdə istifadəyə veriləcək. Daha öncə "Whatsapp"da tətbiq olunan birgə video izləmə funksiyası "Messenger" üçün də nəzərdə tutulub.







Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Facebook  





Xəbər lenti