Sumqayıt qatarının hərəkət qrafiki birgünlük dəyişir

 Sumqayıt qatarının hərəkət qrafiki birgünlük dəyişir
  03 May 2019    Oxunub:2998
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Azvision.az -a verilən məlumata görə, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar sabah şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, saat 09-05-də yola düşən 6014 nömrəli, saat 09-50-də yola düşən 6016 nömrəli, saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Azvision.az


Teqlər: Qatar   Sumqayıt  





Xəbər lenti