Bakı-Gəncə sürət qatarından 30 min sərnişin istifadə edib

   Bakı-Gəncə sürət qatarından 30 min sərnişin istifadə edib
  04 May 2019    Oxunub:1935
Dəmiryol sistemində son dövrlərdə əldə olunmuş mühüm inkişaf göstəricilərindən biri də ötən ilin dekabr ayının sonlarından Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının işə düşməsidir.

Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.
O qeyd edib ki, sərnişinlərin arzu və təklifləri nəzərə alınaraq hər gün hərəkətdə olan qatar standart, biznes və birinci klass yerli vaqonlardan ibarətdir:

"Qatarın tərkibindəki dörd vaqonda 363 yer var ki, onlardan 293-ü standart, 61-i biznes və 9-u isə birinci klass təsnifatındadır. Qatar bu günədək 30000 nəfərdən çox sərnişin daşıyıb. Orta hesabla bir reysə (gediş-gəliş) daşınan sərnişinlərin sayı 400-500 nəfəri təşkil edir".

Azvision.az


Teqlər: ADY   Cavid-Qurbanov  





Xəbər lenti