“Azərbaycan dilində danışa bilirəm” - TÜRKSOY-un baş katibi

  “Azərbaycan dilində danışa bilirəm” -    TÜRKSOY-un baş katibi
  04 May 2019    Oxunub:2066
"Bu gün ortaq dilin olması vacib deyil. Sadəcə dilləri öyrənmək lazımdır".

Bunu Azvision.az -a açıqlamasında TÜRKSOY-un baş katibi Düsein Kaseinov deyib. O bildirib ki, nə vaxtsa ortaq türk dilindən istifadə mümkün ola bilər.
"Hər kəs dilin neçə yarandığını bilir. Özümü misal çəkə bilərəm ki, qazax dilində danışıram, türk dilini bilirəm. Əgər iki dil bilirəmsə, artıq türk dillərinin bir çoxunda, o cümlədən, Azərbaycan dilində də danışa bilirəm. Müstəqillik əldə etdikdən sonra xalqlar öz dillərini öyrənməyə, araşdırmağa, ondan bütün sferalarda istifadə etməyə çalışıblar. Bundan sonra artıq xalqların əlaqə qurması qalır, ona görə dialoqlar vacibdir".

Aytən Zəhra
Azvision.az



Teqlər: TÜRKSOY   Baş-Katib  





Xəbər lenti