“Qarabağ” ardıcıl 6-cı dəfə çempion oldu

  05 May 2019    Oxunub : 1463
“Qarabağ” ardıcıl 6-cı dəfə çempion oldu
Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Azvision.az xəbər verir ki, günün əsas qarşılaşması “Qarabağ” klubu ilə “Səbail” arasında baş tutub.
Ağdam təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gələrək, yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Bununla da “Qarabağ” ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə Azərbaycan çempionu olub.

Topaz Premyer Liqasında 27-ci turun nəticələri:

“Keşlə” – “Zirə” - 1:3
Qəbələ” – “Neftçi” - 1:3
“Qarabağ” – “Səbail” - 4:0



Azvision.az

Teqlər: Qarabağ   Çempion