“Avroliqanın finalına gələnlər kirayə evlərdə qala bilərlər” - Nazir

  06 May 2019    Oxunub : 1051
 “Avroliqanın finalına gələnlər kirayə evlərdə qala bilərlər” - Nazir
UEFA Avropa liqasının final oyunu ilə əlaqədar Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.
Azvision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, otellərdə 17 mindən çox otaq var: "Bəzi otaqlarda 2 nəfərin qala biləcəyini də nəzərə alsaq, azarkeşlərin tam şəkildə yerləşdiriləcəyini qeyd edə bilərik. Bakıda son illər çoxlu mənzillər kirayəyə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. "Formula 1" yarışına baxmaq üçün gələn qonaqlar da bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə turistlər bu mənzillərdən istifadə edəcəklər".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçı saat 23:00-da başlayacaq

Aytən Zəhra
Azvision.az


Teqlər: Azad-Rəhimov   Nazir   Avroliqa