Azərbaycan Avropaya elektrik enerjisinin ixracına başladı - VİDEO

  06 May 2019    Oxunub : 1562
Azərbaycan Avropaya elektrik enerjisinin ixracına başladı - VİDEO
“Azərenerji” ASC Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb.

ASC-dən Azvision.az -a verilən məlumata görə, Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib və uzun müddətdir ki, qonşu Rusiya, Gürcüstan, İran və Türkiyəyə elektrik enerjisi ixrac edir.


Artıq may ayının 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkiyədən tranzit etməklə Yunanıstana, eyni zamanda analoji olaraq Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit keçməklə Rumıniya və Macarıstana da elektrik enerjisinin ixracına başlayıb.

Qeyd edək ki, may ayı üçün Yunanıstan hərracında 7, Bolqarıstan hərracında 5 şirkət qalib olub ki, onların da hər ikisində “Azərenerji” ASC uğur əldə edib. “Azərenerji” ASC qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırıb.

Qeyd edək ki, “Azərenerji” ASC ixrac imkanlarının artırılması ilə yanaşı enerji sistemin etibarlığının təmin edilməsi, o cümlədən artan tələbatın qarşılanması üçün Reabilitasiya Proqramına uyğun olaraq itirilmiş güclərin bərpası və yeni generasiya güclərinin axtarılması istiqamətində fəaliyyətini davam etdirir.

Azvision.az

Teqlər: Azərenerji