YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

  06 May 2019    Oxunub : 961
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Azvision.az xəbər verir ki, Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, YAP sədrinin müavini, AMEA prezidenti Akif Əlizadə, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, rayon və şəhər təşkilatlarının fəalları ulu öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, hazırda YAP-ın təşkilatçılığı ilə "Heydər Əliyev irsi və sosial siyasət" adlı konfrans keçirilir.







Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP   Heydər-Əliyev   Ulu-Öndər