“ASAN xidmət”də daha növbə gözləmək lazım olmayacaq - VİDEO

 “ASAN xidmət”də daha növbə gözləmək lazım olmayacaq -  VİDEO
  06 May 2019    Oxunub:8551
Bu gündən istifadəyə verilən “ASAN xidmət” mobil tətbiqi vətəndaşların işini daha da asanlaşdırmağa hesablanıb.
Bu tətbiqi “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyən vətəndaş özünə şəxsi kabinet yaradır, yararlanmaq istədiyi xidmətə uyğun olaraq “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən birini seçir, zəruri sənədlərlə tanış olur və növbə götürür.

Bu zaman vətəndaşa öncə müvafiq xidmət üzrə növbənin ən az olduğu mərkəzlər təqdim edilir. Son qərar isə vətəndaşındır. Ya növbənin daha az olduğu mərkəzi seçir, ya da ona ən yaxın olan mərkəzi. Beləliklə vətəndaş “ASAN xidmət”in imkanlarından sistemin təqdim etdiyi vaxtda yararlana bilir. Növbəsiz, vaxt itkisi olmadan.



Azvision.az



Teqlər: ASAN-Xidmət  





Xəbər lenti