Tarixi “üçlük” – Azərbaycanın ədliyyə nazirləri

Tarixi “üçlük” – Azərbaycanın ədliyyə nazirləri
  22 Noyabr 2013    Oxunub:4183
Noyabrın 22-si Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu tarix 13 il öncə mərhum prezident Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub. Ölkənin müstəqilliyi uğrunda əvəzsiz xidmətləri olan ədliyyə orqanlarının yaradılmasından 95 il ötür. Nazirliyin yaranması
Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Geridə qalan 95 il...

Bu il 95 illiyini qeyd edən nazirliyin keçmişinə nəzər yetirək: Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün təşkil olunub. 1918-ci ilin noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilib. Dövlət tərəfindən ədliyyə sisteminə göstərilən xüsusi diqqətin təzahürü olaraq, həmin gün dövlət başçısının sərəncamına əsasən ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyətinə, onun yeni funksiya və vəzifələrinə uyğun olaraq qabaqcıl xarici və ölkədaxili təcrübədən geniş istifadə olunmaqla Ədliyyə Nazirliyi haqqında xüsusi Əsasnamə hazırlanıb. Bu sistemin inkişafına xüsusi diqqət göstərilərək, nazirliyin fəaliyyətinin normativ hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə" təsdiq edilib.

Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu Əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir. Son illər ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, Nazirliyin funksiya və səlahiyyətləri genişlənib, yeni struktur qurumlar yaradılıbdır.

Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu və Azərbaycan Respublikası Prezidentinin "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı ədliyyə sisteminin inkişafında yeni mərhələyə yol açıb.

Ədliyyə Nazirliyi eyni zamanda Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsi ilə və digər məsələlərlə məşğul olur.

Azərbaycan bir çox xarici dövlətlərlə, o cümlədən Türkiyə Respublikası, Rusiya Federasiyası, Bolqarıstan Respublikası, Ukrayna, Gürcüstan, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Litva Respublikası, Çin Xalq Respublikası, Moldova Respublikası və s. hüquqi yardım haqqında ikitərəfli müqavilələr bağlayıb. Bu müqavilələr hüquqi yardımın müxtəlif sahələrini, o cümlədən ekstradisiyanı, məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün verilməsini, cinayət, mülki, ailə və ticarət işləri üzrə hüquqi yardımı əhatə edir.

Yuxarıda qeyd etdiyimiz kimi, ədliyyə orqanlarının tarixi kimi onun keçdiyi inkişaf yolu da zəngin çalarlarla əhatə olunub.

Maraqlıdır, 95 yaşlı nazirliyə indiyədək kimlər rəhbərlik edib. AzVision.az kiçik araşdırma apararaq qurumun gəlmiş-keçmiş rəhbərləri haqda məlumat toplayıb.

Nazirliyin yaranması AXC dövrünə təsadüf etdiyindən ilk rəhbər-nazir də klassiklərdən olub.

İlk nazirlər...

Belə ki, yenicə əsası qoyulan dövlətin ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olub (28.05.1918 – 17.06.1918.), Daha sonra Fətəli xan Xoyski (17.08.1918-07.12.1918), Teymur bəy Makinski (26. 12. 1918 - 14. 03. 1919.), Aslan bəy Səfikürdski (14. 03. 1919 – 22. 12. 1919.) yüksək postda təyinat alıblar. AXC dövründə qurumun sonuncu rəhbəri yenidən Xəlil bəy Xasməmmədov (24. 12. 1919 – 01. 04. 1920.) gətirilib. Lakin Rusiyanın aprel istilasından sonra AXC kimi nazirlikdə müstəqilliyini itirərək SSRİ-nin tərkibində fəaliyyət göstəməyə məhkum olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ədliyyə orqanları yeni mərhələyə qədəm qoyub. Sovet ideologiyasında azad olan sistem yenidən qurulmağa başlayır.

Baş prokuror, ədliyyə naziri və deputat



Milli Məclisin deputatı, Ədalət partiyasının sədri İlyas ismayılov 1992-ci ilin aprelində ədliyyə naziri təyin edilib. O nazir postunda 2 il fəaliyyət göstərə bilib. 1995-ci ilin yanvarında İlyas İsmayılov prezident Heydər Əliyevin sərəncamı ilə nazir vəzifəsindən uzaqlaşdırılıb.

Partiya sədri ədliyə naziri postuna gələnə kimi bir sırqa yüksək vəzifələrdə çalışıb. 1978-ci ildən 1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan 1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru olub. 1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək SSRİ prokurorluğunda şöbə rəisi vəzifəsində çalışıb.

Partiya sədri bu il ölkəmizdə keçirilən prezident seçkilərində namizəd qismində iştirak edib.

Azərbaycanın xanım naziri...



İlyas İsmayılovun yerinə ədliyyə orqanlarında yetərincə tanınan şəxs Südabə Həsənova təyinat alıb. O, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra edib. Vikipediya yer alan məlumata görə, Südabə Həsənova 2000-ci ildə yerini hazırki ədliyə naziri Fikrət Məmmədova verib.

O daha sonra prezidentin fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi nin sədri təyin edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin baş redaktoru olub. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb.

Fikrət Məmmədov -13 ildir nazirdir



Nazirliyin 3-cü rəhbəri Fikrət Məmmədovdur. O, 2000-ci ildən indiyədən bu vəzifəni icra edir. Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olub.1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetininhüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib. Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib.

2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilib. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbayjan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
Evlidir, 3 uşağı var

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti