Liviyada silahlı münaqişələr - İndiyədək 432 nəfər ölüb

Liviyada silahlı münaqişələr -   İndiyədək 432 nəfər ölüb
  06 May 2019    Oxunub:2147
Liviyanın paytaxtı Tripolidə silahlı münaqişə başladıqdan indiyədək 432 nəfər həlak olub, 2069 nəfər yaralanıb.
Azvision.az -ın məlumatına görə, bu barədə Beynəlxalq Səhiyyə Təşkilatının Liviya bölməsi məlumat yayıb.

Bildirilib k, silahlı münaqişə nəticəsində 50 mindən çox insan isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, 2011-ci ildə Müəmmar Qəddafinin silahlı münaqişə nəticəsində devrilməsindən sonra ölkədə siyasi böhran başlayıb. Ölkədə ikihakimiyyətlilik hökm sürür: şərqdə -Tobruk şəhərində seçkilərdə qələbə qazanan parlament, qərbdə - paytaxt Tripolidə isə BMT və Avropa İttifaqının dəstəyi ilə qurulan Milli Həmrəylik Hökuməti fəaliyyət göstərir.

Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti