ASAN Könüllüləri Heydər Əliyevin xatirəsini anırlar

ASAN Könüllüləri Heydər Əliyevin xatirəsini anırlar
  07 May 2019    Oxunub:1910
“ASAN xidmət” və ASAN Könüllüləri ulu öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliğ olunması, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə silsilə tədbirləri davam etdirirlər.
Agentlikdən Azvision.az -a bildirilib ki, bu istiqamətdə 2019-cu il mayın 1-dən etibarən görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü münasibətilə regionlarda yerləşən Heydər Əliyev mərkəzlərində müxtəlif tədbirlər reallaşdırılır.



Tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzlərinin könüllülərinin iştirakı ilə “Xəmsə” və "Nə, Harada, Nə zaman?" intellektual oyunları, idman yarışları, təlim, görüşlər və ekskursiyalar təşkil olunur. Həmçinin ulu öndər Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətinə həsr olunmuş təqdimatlar keçirilir.



Layihə çərçivəsində Azərbaycan Respublikasının regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulur.



Azvision.az



Teqlər: ASAN-xidmət  





Xəbər lenti