Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

  07 May 2019    Oxunub : 2275
 Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası
Mayın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 24-29, Bakıda gecə 14-16, gündüz 26-28 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütununu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.

Azərbaycanın rayonlarında isə ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azvision.az

Teqlər: ETSN   Hava