Cenevrədə Azərbaycanla bağlı konfrans keçirilib

  Cenevrədə Azərbaycanla bağlı konfrans keçirilib
  07 May 2019    Oxunub:1909
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə mayın 7-də BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA), Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən BMT-nin Cenevrədəki bölməsində Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə transformasiyasına həsr edilən konfrans keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, BMT-nin Baş katibi Antonio Quterreşin yazılı müraciəti ilə başlayan humanitar donor inkişafı və əməkdaşlıqların əhəmiyyəti mövzusunda konfransda Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və BMT Baş katibinin Yaxın Şərq və Mərkəzi Asiya regionları ilə humanitar əməkdaşlıq üzrə müavini Rəşid Xalikov açılış nitqləri ilə çıxış ediblər.



Konfransda çıxış edən AIDA-nın direktor müavini Aliyə Ağazadə yeni donor ölkəsi olan Azərbaycanın donor fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2011-ci ildə yaradılmış agentliyin fəaliyyəti haqqında məlumat verib.



Həmçinin tədbir zamanı Azərbaycan Hökuməti tərəfindən 2005-2018-ci illərdə göstərilmiş yardımlara dair AIDA tərəfindən nəşr olunan broşürün rəsmi təqdimatı keçirilib. Eyni zamanda, ölkəmizin yardım alan ölkədən donor ölkəsinə çevrilməsi haqqında video nümayiş olunub.

Tədbirdən sonra Azərbaycanın donorluq fəaliyyəti və AIDA-nın layihələrinə həsr olunan geniş keçirilib.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti