Qonşular arasında dava: 51 yaşlı qadın döyüldü

  07 May 2019    Oxunub : 1096
 Qonşular arasında dava: 51 yaşlı qadın döyüldü
Gəncədə qonşular arasında dava olub.
Azvision.az -ın məlumatına görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qonşular arasında düşən mübahisə zamanı 51 yaşlı Dilbər Məmmədova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hazırda qadının vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gəncə   Qadın   Dava