Finala kim çıxacaq: "Ayaks", yoxsa "Tottenhem"?

  08 May 2019    Oxunub : 659
 Finala kim çıxacaq: "Ayaks", yoxsa "Tottenhem"?
Bu gün Çempionlar Liqasının ikinci finalçısı məlum olacaq.
Azvision.az xəbər verir ki, "Ayaks" və "Tottenhem" klubları finala çıxmaq uğrunda mübarizə aparacaqlar.

Londondakı ilk görüşdə minimal hesabla qalib gələn "Ayaks" görüşün favoriti hesab olunur. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, matçın qalibi finalda "Liverpul" klubu ilə üz-üzə gələcək. Final oyunu iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Azvision.az

Teqlər: UCL