37 yaşlı azərbaycanlı ABŞ-da qətlə yetirilib - FOTO

  37 yaşlı azərbaycanlı ABŞ-da qətlə yetirilib -  FOTO
  08 May 2019    Oxunub:5052
ABŞ-ın Pensilvaniya ştatında yaşayan 37 yaşlı azərbaycanlı Nail Salamov qətlə yetirilib.

Azvision.az cbslocal.com-a istinadən xəbər verir ki, hadisə axşam saat 22:00 radələrində baş verib. Belə ki, iki nəfər naməlum şəxs onun yaşadığı evə daxil olmaq istəyib. N.Salamov müqavimət göstərərkən ona atəş açılıb.
Həmyerlimiz yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən zaman N.Salamovun 8 və 10 yaşlı övladları evdə olub. Cinayətkarların kimliyini müəyyən etmək mümkün olmayıb. Polis araşdırma aparır.

Qeyd edək ki, bu ilin yanvar ayında ABŞ-ın Şimali Karolina ştatının Şərqi Çarlotte şəhərində 29 yaşlı azərbaycanlı Elçin Xəlilov qətlə yetirilib. Boyun nahiyəsindən güllə yarası alan həmyerlimiz xəstəxanada dünyasını dəyişib.





Azvision.az



Teqlər: ABŞ   Qətl  





Xəbər lenti