Şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib - Fotolar

  07 May 2019    Oxunub : 503
Şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib - Fotolar
Sumqayıt şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.
Fondun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Samid Quliyev və şəhid ailələrinin üzvləri iştirak ediblər.



Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov bildirib ki, şəhidlər bizim qürur mənbəyimiz, fəxrimizdir. Onların adını daim uca tutmaq, ailə üzvlərinə, yaxınlarına diqqət və qayğı göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcu, ən ümdə vəzifəsidir.



Çıxışlar zamanı qeyd olunub ki, Ramazan sevgi, mərhəmət, xeyirxahlıq, mənəvi yenilənmə ayıdır. Bu müqəddəs ayın cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsində xüsusi əhəmiyyəti var. İftar mərasimində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib.





Azvision.az

Teqlər: Şəhid   İftar