“Sazişin tezliklə real olması üçün ciddi iş aparılır” - Aİ rəsmisi

 “Sazişin tezliklə real olması üçün ciddi iş aparılır” -    Aİ rəsmisi
  08 May 2019    Oxunub:1954
"Yeni Azərbaycan-Avropa İttifaqı sazişi ilə bağlı danışıqlar aparan tərəflər video-konfranslar vasitəsilə yerdə qalan bir sıra məsələləri həll etməyə çalışırlar".
Bunu Azvision.az -a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

K.Yankauskas əlavə edib ki, tərəflər sazişin mümkün qədər tez reallığa çevrilməsi üçün ciddi şəkildə işləyirlər: "Bu saziş həm iqtisadiyyatın, həm də cəmiyyətin inkişafı baxımından Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığı yeni səviyyəyə gətirəcək. Biz Avropa İttifaqının əsas dəyərlərinə - demokratiya, insan hüquqlarına, bazar iqtisadiyyatına, qanunun aliliyinə sadiqiq".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər:   Azərbaycan  





Xəbər lenti