Mehriban Əliyeva tərəfindən nəzarətə götürülən tarixi bina - FOTOLAR

 Mehriban Əliyeva tərəfindən nəzarətə götürülən tarixi bina -    FOTOLAR
  08 May 2019    Oxunub:7608
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tarixi binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirməsinə sevinirik"

Bunu Azvision.az -a açıqlamasında həmin binada fəaliyyət göstərən "Salaam Cinema Baku"nun səlahiyyətli nümayəndəsi Leyli Qafarova deyib. O, tarixi binanın qorunmasına göstərdiyi diqqətə görə ölkənin birinci xanımına təşəkkür edib.


"Birinci vitse-prezident Mehriban Əliyevanın bununla bağlı açıqlaması bizim üçün sürpriz oldu. Problemimizə ölkə rəhbərliyi tərəfindən tez bir zamanda reaksiya verilməsinə çox sevindik. Bu məsələdə bizim yanımızda olan hər kəsə təşəkkür edirik. Ümid edirim ki, problem tezliklə həllini tapacaq".

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən qədim binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın və onun paytaxtı Bakının memarlıq və tarixi irsinin qorunub saxlanılması hər birimiz üçün prioritet məsələdir.



















Aytən Zəhra
Azvision.az


Teqlər: Tarixi-Bina  





Xəbər lenti