Azərbaycanda bir ildə 64 ixtira qeydə alınıb

   Azərbaycanda bir ildə 64 ixtira qeydə alınıb
  09 May 2019    Oxunub:2436
Ötən il Azərbaycanda ixtiralara dair 64 patent qeydiyyata alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Trend-ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Onlardan 54-ü milli, 10-u xarici hüquqi şəxslərə məxsusdur. Faydalı modellərə dair isə 16 patent qeydiyyata alınıb. Onlardan 15-i milli, 1- i xarici hüquqi şəxslərə məxsusdur.

Sənaye nümunələrinə dair 24 patent qeydiyyata alınıb ki, olardan 11-i milli, 13-ü xarici hüquqi şəxslərə məxsusdur. Müvafiq dövlət reyestrində 1070 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 720-si milli, 350-si xarici fiziki və hüquqi şəxslərə məxsus olub.

Azvision.az



Teqlər: Agentlik   İxtira  





Xəbər lenti