Gəmidə yaralanan 14 nəfər xəstəxanaya aparılıb - Yenilənib

  09 May 2019    Oxunub : 3415
Gəmidə yaralanan 14 nəfər xəstəxanaya aparılıb - Yenilənib
“İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.
Azvision.az “Saipem” şirkətinə istinadla xəbər verir ki, mayın 8-də, saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub.

Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Hadisə “Saipem” şirkəti tərəfindən nəzarətə götürülüb və müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.

Həmçinin vurğulanıb ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

***
(22:35)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib.

Bu barədə Azvision.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar".

Azvision.az

Teqlər: Xəzər   Gəmi