“Tottenhem” inanılmazı bacardı - İngilis finalı

  09 May 2019    Oxunub : 1222
“Tottenhem” inanılmazı bacardı - İngilis finalı
Çempionlar Liqasının ikinci finalçısı məlum olub.
Azvision.az xəbər verir ki, bu gecə "Ayaks" və "Tottenhem" klubları finala çıxmaq uğrunda mübarizə aparıblar.

Londondakı görüşdə minimal hesabla qalib gələn "Ayaks" matçda favorit hesab olunsa da, sevinən tərəf ingilislər olub. Belə ki, qarşılaşmanın son dəqiqəsində vurulan qolla (3:2) "Tottenhem" Çempionlar Liqasının finalına yüksəlib.

Qeyd edək ki, finalda İngiltərə klubları "Tottenhem" və "Liverpul" üz-üzə gələcəklər. Final oyunu iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Azvision.az

Teqlər: UCL   Tottenhem