Gəmidə yaralanan 14 nəfərin vəziyyəti necədir? - Açıqlama

  Gəmidə yaralanan 14 nəfərin vəziyyəti necədir? -    Açıqlama
  09 May 2019    Oxunub:2633
"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaralılardan 7 nəfəri reanimasiyadadır, digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır.

"Stasionarda olan yaralılarda II və III dərəcəli yanıq xəsarətləri qeydə alınıb. Onların arasında vəziyyətləri yaxşı olanlar da var. Reanimasiyaya yerləşdirilən 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Bədənlərinin 40 faizdən çoxu yanıb".

Aytən Zəhra
Azvision.az




Teqlər: Səhiyyə-Nazirliyi   Gəmi  





Xəbər lenti